Modern.az

Ukrayna Vardanyanı AXTARIŞA VERDİ

Ukrayna Vardanyanı AXTARIŞA VERDİ

Ölkə

18 İyun 2023, 13:45

Rusiyanın sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.

 

Qeyd edək ki, bu ilin fevralında Xankəndidəki separatçıların “dövlət naziri” Ruben Vardanyan "postu"nu itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat