Modern.az

Bəzi dairə seçki komissiyalarının tərkibi DƏYİŞDİRİLDİ

Bəzi dairə seçki komissiyalarının tərkibi DƏYİŞDİRİLDİ

Ölkə

20 Oktyabr 2023, 16:40

Azərbaycanda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə olunub.

 

Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər.

 

Belə ki, 7 dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

 

Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?