Modern.az

Hikmət Hacıyev diplomatlarla GÖRÜŞDÜ

Hikmət Hacıyev diplomatlarla GÖRÜŞDÜ

23 Noyabr 2023, 11:54

ADA Universitetində müxtəlif ölkədən olan bir qrup diplomatla regional və qlobal məsələlərlə bağlı geniş müzakirə təşkil edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

 

"Xəzər Hövzəsi Araşdırmaları Proqramı çərçivəsində müxtəlif ölkələrdən olan bir qrup görkəmli diplomat qarşısında çıxış etməyə, regional və qlobal məsələlərlə bağlı daha geniş müzakirə və fikir mübadiləsi aparmağa dəvət etdiyinə görə ADA Universitetinə təşəkkür edirəm", - H.Hacıyev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?