Modern.az

Azərbaycanda 8 min nəfərdə qızılca aşkarlanıb

Azərbaycanda 8 min nəfərdə qızılca aşkarlanıb

Ölkə

5 Mart 2024, 15:46

Respublika ərazisində 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

 

Qeydə alınmış hər bir qızılca hadisəsinin yaşayış və iş yeri üzrə, həmçinin təhsil müəssisələri, o cümlədən məktəbəqədər uşaq müəssisələri, uşaq evi, internat, sığınacaq, sanatoriya və digər müəssisələr üzrə epidemioloji müayinəsinin aparılması təmin edilib.

 

Yaşa görə peyvəndlərdən kənarda qalmış uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət gücləndirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat