Modern.az

Deputat Mahir Süleymanlı vətəndaşları qəbul etdi

Deputat Mahir Süleymanlı vətəndaşları qəbul etdi

26 Oktyabr 2024, 16:35

Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunda vətəndaş qəbulu keçirib.

 

Modern.az xəbər verir ki, qəbul oktyabrın 26-da Şabran rayon Heydər Əliyev Mərkəzində baş tutub.

 

Seçicilərin səsləndirdiyi problemlərin bəziləri yerindəcə həll edilib.  Araşdırılması və aidiyyəti qurumlara göndərilməsi tələb olunan problemlər nəzarətə götürülüb. 

 

Şabran rayon İcra Hakimiyyətinin məsul şəxslərinin də iştirak etdiyi görüş zamanı depuat bildirib ki, seçicilərin problemlərinin həlli üçün səlahiyyətləri çərçivəsində əlindən gələni əsirgəməyəcək.

13905601390561139056413905651390566

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə