Modern.az

Zelenski İlham Əliyevə zəng etdi

Zelenski İlham Əliyevə zəng etdi

28 Dekabr 2024, 17:50

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Modern.az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Volodimir Zelenski dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Dövlətimizin başçısı göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə