Modern.az

Azər Baxşəliyevə böyrək köçürülməsi niyə baş tutmayıb? - Rəsmi CAVAB

Azər Baxşəliyevə böyrək köçürülməsi niyə baş tutmayıb? - Rəsmi CAVAB

Ölkə

7 Yanvar 2025, 11:09

Yanvarın 5-də vəfat edən aktyor Azər Baxşəliyev ötən ilin fevral ayının 20-də Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.

Modern.az-ın məlumatına görə, bu barədə qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, həmin ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. Xəstəxana sənədləri Mərkəzə oktyabrın 16-da daxil olub və müvafiq sənədlər oktyabrın 31-də Etika Komissiyasına göndərilib.

"Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”, - açıqlamada deyilir.

Xatırladaq ki, Azər Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. O, yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. 4 gün sonra vəfat edib.

Aktyorun dostu aparıcı İlkin Həsəni Azər Baxşəliyevə orqan transplantasiyası ilə bağlı sonda imtina cavabı verildiyini bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə