Modern.az

Ceyhun Bayramov Mirzoyanla nə vaxt görüşəcəyindən DANIŞDI

Ceyhun Bayramov Mirzoyanla nə vaxt görüşəcəyindən DANIŞDI

Ölkə

20 Yanvar 2025, 12:42

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparır.

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, sülh sazişi ilə bağlı iki maddə üzrə tam razılaşma əldə edilməyib, danışıqlar gedir: “Ermənistanın konstitusiyasında və hüquqi sənədlərində hələ də Azərbaycan torpaqlarına iddialar var. Bunlar həllini tapmalıdır”.

Onun sözlərinə görə, növbəti görüşün yeri və vaxtı barədə hələlik razılaşma yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə