Modern.az

Vüqar Qurbanovun qardaşına yüksək vəzifə VERİLDİ

Vüqar Qurbanovun qardaşına yüksək vəzifə VERİLDİ

Ölkə

6 Fevral 2025, 10:20

Vüsal Qurbanov Mərkəzi Bankın baş direktoru təyin edilib. 

Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov əmr imzalayıb.

O, 1980-ci ildə Zaqatala şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirib. 1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini, İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmışdır.

2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilib. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.

2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

"Unikal" saytı yazıb ki, Vüsal Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun qardaşıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə