Modern.az

Hikmət Hacıyev İsrail-İran qarşıdurmasından DANIŞDI

Hikmət Hacıyev İsrail-İran qarşıdurmasından DANIŞDI

14 İyun 2025, 15:22

Azərbaycan özünü sanksiyaların tətbiq edildiyi qonşu dövlətlərə qarşı mümkün ssenarilərə hazırlayıb.

Modern.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” (The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.

O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur:

“Biz bunun baş verəcəyini ehtimal edirdik. Məhz o səbəbdən də Yaxın Şərqdən yönəlməsi mümkün olan yeni sunamilər də daxil olmaqla, qonşu ölkələrə istiqamətlənə biləcək mümkün ssenarilərə hazır idik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat