2024-cü il ərzində və cari ildə 154 əcnəbi vətəndaşın nikahı Səadət sarayında rəsmiləşib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ildə 84, 2025-ci ilin ilk 8 ayı ərzində isə 70 əcnəbi vətəndaşın nikahı Səadət sarayında bağlanıb.
Qeyd edək ki, ölkəmizdə nikaha daxil olmağı istəyənlərdən biri və ya hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu halda onların Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olmasını və ya yaşamasını təsdiq edən sənədin surəti, eləcə də ailə vəziyyətinə dair arayış ərizəyə əlavə edilməlidir.