Modern.az

Xankəndiyə ilk qar yağdı - FOTOLAR

Xankəndiyə ilk qar yağdı - FOTOLAR

Ölkə

28 Dekabr 2025, 11:13

Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb.

 

Modern.az xəbər verir ki, axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb.

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var