Modern.az

Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - PAŞİNYAN

Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - PAŞİNYAN

Ölkə

27 Sentyabr 2025, 19:58

Mən bütün beynəlxalq ictimaiyyətə məmnuniyyətlə bildirirəm ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub.

Modern.az-ın məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, bu sülh prosesində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu həlledicidir.

“Onun fədakarlığı, ardıcıllığı və prinsipiallığı qeyri-mümkün kimi görünənləri mümkün etdi. Ona görə də biz Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı qərar verdik. Çünki biz öz nümunəmizdə Prezident Trampın bu ideyaya həqiqətən sadiq olduğunu gördük”,- deyə Paşinyan əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur