Modern.az

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi Şəhidlər Xiyabanını ziyarət edib

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi Şəhidlər Xiyabanını ziyarət edib

Ölkə

28 Sentyabr 2025, 17:45

27 Sentyabr – Vətən Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, tədbir zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Ziyarət zamanı iştirakçılar həmçinin şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə yeni inşa edilmiş memorial kompleksi də ziyarət edərək önünə əklil qoyublar.

 

Xiyabanda ziyarətə gələn şəhid ailələri ilə görüşülüb, Vətən uğrunda can verən övladlarının qəhrəmanlıqları ehtiramla anılıb.

 

Qeyd: Məlumat üçün bildiririk ki, 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin müxtəlif rayon filialları da öz bölgələrində anım tədbirləri keçirib, şəhidlər xiyabanlarını ziyarət edərək şəhidlərin əziz xatirəsini yad ediblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur