Modern.az

Azərbaycana qarşı növbəti SAXTA KAMPANİYA

Azərbaycana qarşı növbəti SAXTA KAMPANİYA

Ölkə

28 Sentyabr 2025, 21:59

Sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası başlayıb.

Modern.az xəbər verir ki, əsasən Feysbuk və "X" sosial şəbəkələrində İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin guya əl çaldığı haqda məlumat tirajlanır.

Halbuki sözügedən görüntülər Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı çəkilib.

Xatırladaq ki, Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı əsasən müsəlman ölkələrinin diplomatları zalı tərk edib.

Bundan əvvəl Türkiyənin bəzi media qurumlarında guya Bakının İsrailin "Eurovision"dan uzaqlaşdırılacağı təqdirdə Azərbaycanın da bu yarışmadan imtina edəcəyini bildirdiyi haqda yalan yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur