Modern.az

Məhəlləmizin “Eliş”i, “Ağanatiq”i...

Məhəlləmizin “Eliş”i, “Ağanatiq”i...

Ölkə

29 Sentyabr 2025, 14:23

Əməkdar artist Cabir İmanov vəfat edib.

Modern.az xatırladır ki, o, 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.

1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib.

1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib.

1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

O, "Məhəllə" filmində ("Eliş"), "Ağanatiq", "Tam məxfi", "Məşədi İbad-94", "Ölülər XXI əsr" kimi filmlərdə rol alıb.

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu