Modern.az

Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov

Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov

Ölkə

29 Sentyabr 2025, 22:15

Səhər Cabirin zəngini gözləyəcəm”

seher-cabirin-zengini-gozleyecem

Sosial21:26Oxunma sayı: 3114

 

“Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaşım, əziz qardaşım Cabir İmanov dünyasını dəyişib. Sanki bir yuxunun içindəyəm və onun tez bitməsini istəyirəm”.

 

Modern.az xəbər verir ki, bu sözləri Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti və “Bakılı oğlanlar” KVN Teatrının keçmiş üzvü Murad Dadaşov yaxın dostu Cabir İmanovun vəfatı ilə bağlı “Qafqazinfo”ya açıqlamasında danışıb.

 

M.Dadaşov yaxın dostunun itkisini belə izah edib:

 

“Elə gün yox idi ki, bir-birimizin səsini eşitməyək. Gündəlik azı 20-25 dəqiqə danışırdıq. Ona deyirdim ki, “Cabir, bizi kənardan kimsə güdsə, deyər ki, bunlar dəlidir. Nə danışırlar?” Mahnıdan başlayıb, kinoda bitirirdik. O qədər çoxşaxəli bir tarix yaşamışıq ki. Cabir mənim ürəyimin bir parçası idi. Allahın belə dəhşətli günü mənə niyə yaşatdığını başa düşə bilmirəm”.

 

Xalq artisti sənət yoldaşı olan Cabir İmanovla eyni vaxtda peşəkar fəaliyyətə başlamaqlarından bəhs edib:

 

“Bütün səhnəciklərdə, səfərlərdə, hər bir işdə bərabər idik. Televiziya təcrübəmiz də eyni gündə başlayıb. O zamanlar “AzTV2”də “Bir cənub şəhərində” adlı layihəyə bərabər başladıq. O gün bu gündür, ailələrimiz, həyat yoldaşlarımız çox yaxındır”.

 

M.Dadaşov C.İmanovun övladlarına deməyə söz tapa bilmədiyini əlavə edib:

 

“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım? Onlar adi bir ata yox, Cabir kimi ata itirdilər. Bu həyatda hər şey öz yolunu tapır, hər şey düzəlir, amma Cabirin itkisi mənim üçün çox böyük zərbədir. Çoxdandır bu cür pis durumda olmamışam.

 

O cümlə ki var, “Sözün bitdiyi an”. Birtəhər səslənir, o qədər adiləşir amma, bu gecə də qutaracaq, sabah səhər başlayacaq mən Cabirin zəngini gözləyəcəm.

 

Bu gün onunla vidalaşanda inana bilmirdim ki, biz bir də heç vaxt görüşməyəcəyik. Heç vaxt onu qucaqlayıb, öpüb, bağrıma basıb ürək sözlərimi deyə bilməyəcəm. Onunla bərabər bu gün mən də öldüm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu