Modern.az

Ramiz Mehdiyevin dövründəki qanun pozuntuları hərtərəfli araşdırılıb - RƏSMİ

Ramiz Mehdiyevin dövründəki qanun pozuntuları hərtərəfli araşdırılıb - RƏSMİ

Ölkə

1 Oktyabr 2025, 10:10

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılıb.

Modern.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev məlumat verib.

Baş prokurorun sözlərinə görə, cinayət işi üzrə bir neçə epizod araşdırılıb:

“Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq yekunlaşıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, - baş prokuror əlavə edib.

Qeyd edək ki, ötən il AMEA-da 2020–2023-cü illərdəki qanun pozuntuları ilə bağlı “xüsusilə külli miqdarda mənimsəmə” faktı üzrə cinayət işi başlanılıb. Həmin illərdə Akademiyanın prezidenti Ramiz Mehdiyev olub. (Mənbə: qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə anonsu - İran bu tarixdə vurulacaq!