Modern.az

Tokayev Qəbələyə gəldi

Tokayev Qəbələyə gəldi

Ölkə

6 Oktyabr 2025, 17:20

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Modern.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum