Modern.az

TƏBİB-in əməkdaşını bıçaqlayan şəxsə cinayət işi açıldı

TƏBİB-in əməkdaşını bıçaqlayan şəxsə cinayət işi açıldı

Ölkə

7 Oktyabr 2025, 11:40

Lamiyə Qanbayevanın öldürülməsinə cəhd faktı üzrə cinayət işi başlanıb.

Bu barədə Modern.az-a Şirvan şəhər prokurorluğundan məlumat verilib.

Məlumatda deyilir:

"Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı 1988-ci il  təvəllüdlü Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır. 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İlham Əliyev buna görə Putinə zəng etdi