Modern.az

Qəbələdə liderlərin toplantısı bu mərkəzdə keçirilir - FOTOLAR

Qəbələdə liderlərin toplantısı bu mərkəzdə keçirilir - FOTOLAR

Ölkə

7 Oktyabr 2025, 13:02

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.

Modern.az-ın məlumatına görə, liderlər Heydər Əliyev Konqres Mərkəzində toplaşıblar.

Mərkəzi Qəbələ şəhərinin mərkəzindən 4 km aralıda inşa edilib. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılıb və 2013-cü ilin iyul ayında yekunlaşdırılıb. Bir ay sonra Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

Mərkəz ümumi sahəsi 8,5 hektar ərazidə yerləşir və 3 mərtəbədən ibarətdir. Binanın dizaynında ağ, yaşıl və qızılı rənglərdən istifadə olunub ki, bu da təbiəti, təbii mənbələri və müasirliyi simvolizə edir.

Birinci mərtəbədə - zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə ilə yanaşı, zalın üzərində günbəz düzəldilmişdir ki, diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr yüksəklikdədir.

İkinci mərtəbədə - konfrans zalı, səhnə, 4 vip otaq, mühafizə otaqları, artistlər və media işçiləri üçün otaqlar və geniş foye yerləşir. Konfrans zalı 1200 yerdən ibarət olmaqla, qısa müddətə konsert, iclas və bu kimi əhəmiyyətli tədbirlərin keçirilməsi üçün, kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnəsi 92 m²-dir, qalxıb-enən platforma üzərində quraşdırılıb. Eyni zamanda, binada 18 metrlik eskalator və liftlər quraşdırılıb.

Binanın zirzəmisində - ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayancaq (5769 m²), media işçiləri üçün otaq və foye yerləşir. Binada 18 m-lik ekskalator, həmçinin liftlər quraşdırılmışdır. Mərkəzin ərazisində 140 yerlik yeraltı qaraj mövcuddur ki, bu qaraj iki hissədən ibarətdir. 1-ci hissədə minik avtomobillərinin, 2-ci hissədə isə avtobusların yerləşdirilməsi nəzərdə tutulub.

Binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilib. Qaraçay çayının obyektin ərazisindən axan hissəsinə sahil boyunca çay daşları düzülüb. Bina və binaətrafı ərazi tam elektron video nəzarətinə alınıb. Yanğına qarşı və yaşıllığın suvarılması üçün nəzərdə tutulan iki yeraltı su hovuzu tikilib. Qaraj və konfrans zalı yanğına qarşı xüsusi sprinklerlərlə təchiz edilmişdir. Eyni zamanda, bina müasir daxili və xarici mühafizə siqnalizasiya və yanğınsöndürmə sistemləri ilə təchiz edilib.

Ərazisinin ümumi sahəsi 8,5 hektardır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilib. Qaraj iki hissədən ibarətdir. I hissədə minik avtomobillərinin, II hissədə isə avtobusların yerləşdirilməsi nəzərdə tutulub. Ərazidə bayraq meydanı və dekorativ yaşıllıq salınıb.

1467521

1467522

1467523

1467524

1467525

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!