Modern.az

“Ramiz Mehdiyev, Eldar Mahmudov ciddi cəzalandırılmalı, rütbələri, ordenləri geri alınmalıdır!” - Eks-nazir

“Ramiz Mehdiyev, Eldar Mahmudov ciddi cəzalandırılmalı, rütbələri, ordenləri geri alınmalıdır!” - Eks-nazir

Ölkə

16 Oktyabr 2025, 16:30

İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri, eks-maliyyə naziri Əvəz Ələkbərov da akademik Ramiz Mehdiyevlə bağlı fikirlərini bildirib.

Modern.az-a açıqlamasında Əvəz Ələkbərov deyib:

“O peşəkar aparat işçisi idi, tanıyırdım, aramızda elə bir münaqişə olmayıb. Bizim nazirlik bilavasitə ölkə Prezidentinə tabe olduğuna görə, mənim işlərimə qarışa bilməyib. Mən vəzifədən çıxandan sonra onunla əlaqələrim olmayıb. Amma doktorluq dissertasiyası müdafiə edəndən sonra diplom almağıma mane olub. Yalnız  Prezident işə qarışandan 15 ay sonra müvafiq diplom almışam.

İndi ona olduqca ciddi ittihamlar elan olunub və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Bu yaşda o belə yola hansı ağılla gedib, ambisiyasi nədir, bu qədər maliyyə imkanları onda haradandır? Ölkəmizdə əmin-amanlıq, işğaldan azad ərazilərin bərpası, Böyük Qayıdış prosesi həyata keçirilir. Niyə bunları həzm edə bilmir?

Hesab edirəm o və əlaltıları, o cümlədən Eldar Mahmudov qanun qarşısında ciddi cəzalandırılmalıdırlar, rütbələri, orden və medalları əllərindən alınmalı, qanunsuz qazandıqları vəsait və əmlaklar dövlətə qaytarılmalıdır!”  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ