Modern.az

“Sputnik”in baş redaktoru Azərbaycandan getdi - RƏSMİ

“Sputnik”in baş redaktoru Azərbaycandan getdi - RƏSMİ

Ölkə

19 Oktyabr 2025, 21:33

Bakıda həbs olunmuş “Sputnik Azərbaycan”ın baş redaktoru İqor Kartavıx azadlığa buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Zaxarovanın sözlərinə görə, Kartavıx bir neçə gün əvvəl sərbəst buraxılıb və artıq Rusiyaya aparılıb.

Xatırladaq ki, İqor Kartavıx bu ilin iyun ayında Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” informasiya agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Həmin vaxt redaksiyanın fəaliyyəti ilə bağlı araşdırmalar aparılırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır