Modern.az

Hərbi prokuror xüsusi təyinatlılarla görüşdü - FOTO

Hərbi prokuror xüsusi təyinatlılarla görüşdü - FOTO

Ölkə

20 Oktyabr 2025, 14:53

Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Xüsusi təyinatlıları ilə görüşüb.

Bu barədə Modern.az-a Hərbi Prokurorluqdan nəlumat verilib.

Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin və şəhidlərin xatirələri yad edilib.

Daha sonra Vətən müharibəsində əldə olunan qələbədən danışılıb.

Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər.

Ardınca Xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!