Akademik elmi rütbəsi daşıyan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü olduğu hamıya məlumdur. 87 yaşlı akademik AMEA-nın həqiqi üzvü kimi 2018-ci ildən bəri hər ay dövlətdən 2000 manat elmi rütbə maaşı alır.
Modern.az-ın məlumatına görə, Ramiz Mehdiyev daha bir elmi təşkilatın üzvüdür. Belə ki, o, 2022-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) üzvü statusuna malikdir. Onun adı Rusiya Elmlər Akademiyasının saytında da yerləşdirilib. Mehdiyev REA-nın Sosial elmlər bölməsində fəlsəfə üzrə xarici akademikdir.
Qeyd edək ki, Ramiz Mehdiyev Rusiyayönümlü şəxs kimi tanınır. Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham olunan Mehdiyev vətənə xəyanətini həyata keçirmək üçün Rusiyaya arxalanırmış.