Modern.az

Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev

Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev

Ölkə

20 Oktyabr 2025, 20:18

Milli Məclisinin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyevin qızı Xanım Quliyeva Bakıya gəlib. Onun səfərindən sonra sabiq spikerin də Azərbaycana qayıdıb-qayıtmayacağı müzakirə edilir.

Modern.az xəbər verir ki, sabiq spiker Azərbaycana qayıtmaq niyyətində olmadığını bildirib.

Bu barədə o, "Yeni sabah"a danışıb. 

"Azərbaycana qayıtmaq niyyətim yoxdur. Çünki sən istədiyin vaxt özünü Azərbaycandakı kimi hiss edə bilərsən. Bu işi görmək üçün onlarla vasitələr mövcuddur. 44 günlük Vətən müharibəsi və Şuşanın, Xankəndinin azad edilməsi ilə əlaqədar yüzlərlə yazılarım çıxıb. Vətənə münasibətin məsafə ilə heç bir əlaqəsi yoxdur. Anadan harada olmağın o demək deyilki, sən ora bağlısan və mütləq doğulduğun yerdə yaşamalısan… Bağlılıq, əsasən, Vətənin çətin günlərində hansı səviyyədə onun işinə yaraya bilməyindən asılıdır. Mən hər zaman, harada olmağımdan asılı olmayaraq, vətənimə yaramağa, vətənim üçün töhfələr verməyə, layiqli vətəndaş olmağa cəhd etmişəm".

Xatırladaq ki, 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!