Modern.az

Ramiz Mehdiyevin kürəkəni danışdı: “Obyektim yoxdur, müəssisəm var”

Ramiz Mehdiyevin kürəkəni danışdı: “Obyektim yoxdur, müəssisəm var”

Ölkə

21 Oktyabr 2025, 10:56

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev "TV Müsavat"a açıqlama verib.

Modern.az-ın məlumatına görə, o, R.Mehdiyevin həbsi, durumu, ailənin istintaqa cəlb edilməsi ilə bağlı suallara cavab verməsə də, İ.Əliyev barəsində yayılanlara münasibət bildirib.

O deyib ki, iki gündür mətbuatda barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Faktları dəqiqləşdirin, mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin gizli əlaqələri - Xəyanət haradan başladı?