"Son aylarda Prezident İlham Əliyev Türkmənistan, Tacikistan və Qazaxıstana səfərlər edib. Hazırda Qazaxıstana dövlət səfərindədir".
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı bildirib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycanka Mərkəzi Asiya ölkələrinin münasibətləri “5+1” formulu ilə təsvir edilirdisə, bu gün həmin konsepsiya riyazi ifadədən çıxaraq siyasi və tarixi reallığa çevrilib.
“Artıq bu münasibətlər vahid "6-lıq" modelini formalaşdırır. Bu, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığına əsaslanan inteqrasiyanın dərinləşməsini və ortaq taleyi əks etdirən geosiyasi vahidliyin təzahürüdür”, – Hikmət Hacıyev qeyd edib.
In the past recent months, President Ilham Aliyev has made three visits to the Central Asian region, including Turkmenistan, Tajikistan, and Kazakhstan. Today, President Ilham Aliyev is on a state visit to Kazakhstan.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 21, 2025
Previously, #Azerbaijan–#CentralAsia relations were often… pic.twitter.com/ZKH1z6Yhd0