2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1948,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Gələnlərin 24,8 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 7,9 faizi İran, 6,8 faizi Hindistan, 4,5 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, hər birindən 2,3 faiz olmaqla Özbəkistan və İsrail, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,1 faizi Belarus və 13,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Qırğızıstandan - 35,7 faiz, Özbəkistandan - 31,6 faiz, Qazaxıstandan - 19,4 faiz, ABŞ-dan - 16,3 faiz, Kanadadan - 16,3 faiz, Niderlanddan - 16,3 faiz, Almaniyadan - 15,2 faiz, Pakistandan - 15,1 faiz, İtaliyadan - 15,1 faiz, Koreya Respublikasından - 10,3 faiz artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,5 faiz artaraq 88,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,9 faiz azalaraq 321,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,2 faiz azalaraq 669,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,1 faiz artaraq 868,5 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,2 faizi hava, 22,5 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,6 faiz azalaraq 1605,0 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,0 faiz, İrana gedənlərin sayı 2,6 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 30,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,4 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,5 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,6 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.