Modern.az

İlham Əliyev yeni Baş naziri təbrik etdi

İlham Əliyev yeni Baş naziri təbrik etdi

Ölkə

22 Oktyabr 2025, 14:26

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Sanae Takaiçiyə təbrik məktubu ünvanlayıb.

Modern.az məktubun mətnini təqdim edir:

"Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar mövcuddur.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, mövcud potensialdan istifadə edərək ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!