Modern.az

Ramiz Mehdiyevin daha bir adamı, nazir, deputat – GÖZLƏNİLMƏZ AD

Ramiz Mehdiyevin daha bir adamı, nazir, deputat – GÖZLƏNİLMƏZ AD

Ölkə

23 Oktyabr 2025, 11:22

Azərbaycan siyasətinin son illərdəki ən səs-küylü hadisələrindən biri Ramiz Mehdiyevlə bağlı cinayət işidir. 
2025-ci il oktyabrda ona qarşı “dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər”, “xəyanət” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları ilə dörd aylıq ev dustaqlığı seçilib.

Cinayət işi onun onilliklər boyu qurduğu şəbəkələrin hüquqi qiymətləndirilməsi baxımından dönüş nöqtəsi sayıla bilər. 

İndi cəmiyyət üçün onun kimlərlə daha yaxın olması maraqlı görünür. Bu məqamda ortaya yeni bir ad da çıxıb. 
Heydər Əsədov.

O, 2013–2019-cu illərdə kənd təsərrüfatı naziri, 2019-dan sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olub. 

2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 51 saylı Şirvan dairəsindən Milli Məclisin VII çağırış deputatı seçilib.

Verilən məlumatlarda Əsədovun karyerasının Mehdiyevə bağlı olduğu iddia edilir. 

Mətbuatda illərdir onun sabiq nəqliyyat naziri Ziya Məmmədovla qohumluğu yer alıb. Ziya Məmmədovun isə Ramiz Mehdiyevlə əlaqələri artıq kimsəyə sirr deyil. Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevin AMEA prezidenti olduğu zaman elə akademiyada ən yüksək vəzifə alması bunun göstəricisidir.

Məlumatlarda qeyd edilir ki, Əsədov Mehdiyevin ən yaxın adamlarındandır, deputatlığı Mehdiyev zamanına düşməsə də, bu, Əsədovu Mehdiyev adamı olmaqdan xilas etmir...

Yayılan məlumatlarla bağlı Heydər Əsədovun özü ilə əlaqə saxlamağa cəhd etdik. İlk zəngimizdə telefonu açan Əsədov guya səsimizi eşitməyərək "alo, alo" deyib söndürdü. Növbəti zənglərimizdə isə telefon qapadıldı...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kəramət Böyükçöllə müxalifətin Mehdiyev savaşı - Nə baş verir?