Modern.az

Fəzail Ağamalı oğlunu yox, qızını seçdi - Partiya qurultayında QALMAQAL

Fəzail Ağamalı oğlunu yox, qızını seçdi - Partiya qurultayında QALMAQAL

Ölkə

25 Oktyabr 2025, 14:38

Bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib.

Qurultayda Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında ciddi mübahisə yarandığı və vəziyyətin əlbəyaxa dava həddinə çatdığı iddia olunur.

Buna səbəb isə Fəzail Ağamalının qızı Günay Ağamalını sədr etmək istəməsi olub.

Fəzail Ağamalı qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb.

Elçin Ağamalı "demokrat.az"a bildirib ki, atası onun 30 illik siyasi fəaliyyətini yerə vurur.

“Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”. 

Elçin Ağamalının qurultayda partiya sədri seçildiyi bildirilir.

Modern.az məsələni aydınlaşdırmaq üçün Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Fəzail Ağamalı qeyd edib ki, mübahisə əlbəyaxa həddinə çatmayıb:

"Əlbəyaxa həddində mübahisə olmayıb. Yalandır. Axı, mən imkan vermərəm vəziyyət o səviyyəyə gəlib çatsın.  Fikir çəkişməsi oldu, qurultayın gedişinə ciddi müdaxilə oldu, təhlükəsizlik meylləri, qurultayın gedişini pozmaq meylləri oldu.

Ondan sonra qurultayın sədri kimi fasilə elan etdim. Qurultay qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Heç şübhəsiz ki, növbədənkənar qurultayımızı keçirəcəyik".

F.Ağamalı oğlu ilə qızı arasında fərq qoymadığını qeyd edib:

"Bu oğlumun öz fikridir. Mən öz namizədimi irəli sürdüm, sonra digər namizədlər də oldu. Digər namizədlərin də hüquqları tapdalandı, oğlum da reqlamentin əleyhinə hərəkət etdi.

Buna görə də mən düşünündüm ki, qurultayın bu şəkildə getməsi məqsədəuyğun deyil. Sədr olaraq qalıram, növbədənkənar qurultay qeyri-müəyyən vaxta qədər təxirə salındı. Mən Günay Ağamalının namizədliyini irəli sürdüm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı