Modern.az

Həbs edilən icra başçısı bu cinayətlərdə ittiham olunur

Həbs edilən icra başçısı bu cinayətlərdə ittiham olunur

Ölkə

31 Oktyabr 2025, 19:00

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.

 

Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

 

Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?