Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
Modern.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bununla bağlı müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən, Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Qeyd edək ki, V.İbrahimov deputat Eldar İbrahimovun qardaşıdır.
Xatırladaq ki, R.Mehdiyevin gəlini Nigar Mehdiyeva da ötən gün Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad edilib.