Modern.az

Dörd gün ardıcıl iş olmayacaq - TƏQVİM

Dörd gün ardıcıl iş olmayacaq - TƏQVİM

Ölkə

3 Noyabr 2025, 09:32

Həftəsonundan başlayaraq ardıcıl 4 gün iş olmayacaq.

Modern.az xəbər verir ki, bu, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Belə ki, 8 Noyabr Zəfər Günü şənbə, 9 Noyabr Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf edəcək.

Nazirlər Kabinetinin qərarına əsasən, bayram günləri istirahət günləriilə üst-üstə düşdüyündən, istirahət günləri bayram günlərindən sonrakı iş gününə keçirilib.

Beləliklə, noyabrın 8, 9, 10 və 11-i qeyri-iş günləri hesab olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!