Modern.az

Nazirlikdən “əsgər kartı” ilə bağlı AÇIQLAMA

Nazirlikdən “əsgər kartı” ilə bağlı AÇIQLAMA

Ölkə

3 Noyabr 2025, 14:52

Xəbər verdiyimiz kimi, Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.

Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verib.

Qeyd edilib ki, hazırda Azərbaycanda əsgərlərə maaşları kartla verilir.

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir: "Tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib. Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub".

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır