Modern.az

Sumqayıt-Yalama dəmir yolunun tikintisi bu il başa çatacaq - RƏSMİ

Sumqayıt-Yalama dəmir yolunun tikintisi bu il başa çatacaq - RƏSMİ

Ölkə

3 Noyabr 2025, 16:31

ADY Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, bu marşrutla yükdaşıma həcminin artırılması üçün işlər görür, eyni zamanda ölkə ərazisində bu dəhlizin keçdiyi mövcud infrastrukturu yeniləyir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin mühüm seqmentlərindən olan Sumqayıt–Yalama dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinin icrasına 2020-ci ildən başlanılıb, sözügedən işlərin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. 

Sumqayıt–Yalama dəmir yolu xəttinin layihələndirilməsi işləri tamamlanıb, xəttin birinci və ikinci hissəsi üzrə tikinti-quraşdırma işlərinin 96 faizi tamamlanıb.

Sumqayıt–Yalama dəmir yolu xəttinin ox üzrə uzunluğu 333,69 km, yan yollarla birlikdə isə 362,12 km təşkil edir.

Dəmir yolu xətti boyunca mühəndis qurğularının sayı: körpülər – 157 ədəd, heyvan keçidi – 16 ədəd, piyada üst keçidi – 13 ədəd və digər. 

Bundan başqa, Yalama-2 stansiyasının tikintisi nəzərdə tutulur. Yalama 2 stansiyası Rusiya ilə sərhəddə və mövcud Yalama stansiyasına yaxın ərazidə yerləşir, xüsusi əhəmiyyətə malikdir.

Layihə çərçivəsində Yeni Ələt stansiyasının yenidən qurulması və genişləndirilməsi də planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!