Modern.az

Ərdoğan parada onlarla birlikdə gələcək

Ərdoğan parada onlarla birlikdə gələcək

Ölkə

3 Noyabr 2025, 18:51

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana Zəfər paradında iştirak edəcək.

Modern.az-ın məlumatına görə, Ərdoğanla birlikdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidanın da paradda iştirak edənlər arasında olacağı gözlənilir.

Qeyd edək ki, parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. Bu tarix Zəfərin 5-ci ildönümünə təsadüf edir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!