Modern.az

Leyla Əliyeva Bülbül adına orta məktəbdə - FOTOLAR

Leyla Əliyeva Bülbül adına orta məktəbdə - FOTOLAR

Ölkə

4 Noyabr 2025, 23:44

Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüş çərçivəsində Leyla Əliyeva məktəbin fəaliyyəti, tədris prosesi, musiqi otaqları və istedadlı şagirdlərin yaradıcı uğurları ilə tanış olub.

 

Sonra məktəbin şagirdlərinin iştirakı ilə bədii konsert proqramı təqdim edilib.

 

Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

Sonda Leyla Əliyeva məktəb kollektivi ilə xatirə şəkli çəkdirib.

Whatsapp
Bizə yazın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!