Modern.az

Nazirliyin tabeliyindəki agentlik yoxlanılır - EKSKLÜZİV

Nazirliyin tabeliyindəki agentlik yoxlanılır - EKSKLÜZİV

Ölkə

5 Noyabr 2025, 17:42

2025-ci ilin işlər planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində nəzarət tədbiri həyata keçirilir.

Hesablama Palatasından məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adə çəkilən agentlikdə audit prosesi hazırda davam edir.

Qeyd edilib ki, yoxlamalar "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" Qanunun 22-ci maddəsinə uyğun aparılır.

Qurumdan əlavə məlumatın nəticələr yekunlaşdıqdan sonra açıqlana biləcəyi qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu