Modern.az

Məşhur azərbaycanlı biznesmen barəsində cinayət işi açıldı

Məşhur azərbaycanlı biznesmen barəsində cinayət işi açıldı

Ölkə

6 Noyabr 2025, 21:03

Türkiyədə tanınmış azərbaycanlı biznesmen, “Zülfikarlar Holding” şirkətlər qrupunun idarə heyətinin sədri İsfəndiyar Zülfüqarlı barəsində cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Zülfüqarlı hazırda ölkə xaricində olduğuna görə axtarışa verilib.

İstintaq materiallarına əsasən, cinayət işi “Zülfikarlar Holding”ə məxsus şirkətə aiddir. Bildirilir ki, şirkətin Hatay və Antalya bölgələrində yerləşən neft anbarlarından 14 467 ton yanacaq itib. İtkilərin ümumi bazar dəyəri təxminən 5,5 milyon dollar təşkil edir.

Hadisə yanacağı tədarük edən “Star” Neft Emalı Zavodu tərəfindən aşkarlanıb və məsələ Enerji Bazarına Nəzarət Agentliyinə (EPDK) ötürülüb. EPDK isə faktı hüquq-mühafizə orqanlarına təqdim edib.

Məhkəmə həmçinin İsfəndiyar Zülfüqarlı və şirkətin daha bir yüksək vəzifəli əməkdaşı barəsində də həbs orderi çıxarıb. Lakin hər iki şəxsin ölkə xaricində olduğu müəyyən edilib.

İsfəndiyar Zülfüqarlı Azərbaycan əsilli məşhur sənayeçi və iş adamı İskəndər Zülfüqarlının oğludur. İskəndər Zülfüqarlı 1942-ci ildə Azərbaycandan Türkiyəyə köçərək biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb və ötən əsrin ortalarından “Zülfikarlar Holding”in əsasını qoyub. 2001-ci ildə onun vəfatından sonra holdinqə 1976-cı ildə İstanbulda doğulmuş İsfəndiyar Zülfüqarlı rəhbərlik etməyə başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı