Modern.az

Salyanda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası - FOTO

Salyanda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası - FOTO

Ölkə

7 Noyabr 2025, 14:16

Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək və yaşıl mühitin qorunmasına töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilib.

Modern.az xəbər verir ki, aksiyada Salyan RİH-nin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirakı ediblər. Aksiya çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hisssəsindəki yol kənarlarına  müxtəlif növ ağac və dekorativ kol bitkiləri əkilib. 

Bu yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunub. Bu günü xalqımızın taleyinə Zəfər yazan igidlər, canı və qanı ilə torpağa azadlıq bəxş edən qəhrəman övladlarımız həmişəlik tariximizin və yaddaşımızın işıqlı səhifəsində yaşayacaqlar.

Doğma Qarabağımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik məqamına ucalmış qəhrəmanlarımızın əziz xatirəsinə dərin hörmət, onların ailə üzvlərinə diqqət və qayğı hər birimizin vətəndaşlıq borcudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var