Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hər iki şəhid qəhrəmanın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.
Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanların özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanların isə ailə üzvlərinə təyin olunaraq ödənilir.