Modern.az

Qazaxıstanın müdafiə naziri Bakıya gəldi

Qazaxıstanın müdafiə naziri Bakıya gəldi

Ölkə

8 Noyabr 2025, 13:19

Qazaxıstanın müdafiə naziri Dauren Kosanov II Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Bakıya gəlib.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel sosial şəbəkələrdə yazıb.

"Bir neçə dəqiqədən sonra Bakıda hərbi parad başlayacaq. Paradda iştirak etmək üçün Qazaxıstanın müdafiə naziri xüsusi olaraq gəlib. Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bütün şəhidlərin məkanı cənnət olsun", - deyə qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var