Modern.az

Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı

Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı

Ölkə

9 Noyabr 2025, 19:09

Azərbaycan Ordusu Vətən müharibəsində yeni nəsil döyüş texnikasından istifadə edərək hərbi gücünü nümayiş etdirdi.

Əməliyyatlar arasında ən çətini və əhəmiyyətlisi Şuşanın alınması idi.

Modern.az xəbər verir ki, Şuşa fatehlərindən biri olan Ümman Baxşəliyev 5 il əvvəl döyüş meydanında baş verənləri xatırlayır:

"Bizim tapşırığımız Laçından və Xankəndidən gələn düşmən qüvvələrini məhv etmək və onların yolunu bağlamaq idi. Düşmənin ağlına gəlməyən yollardan istifadə etmək əməliyyatın effektivliyini artırdı", - deyə o bildirib.

Erməni silahlı birləşmələri üç tərəfdən mühasirəyə alındıqlarını bildikdə isə artıq iş-işdən keçmişdi.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var