Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Modern.az işdən çıxarılan Fuad Nəcəflinin qısa dosyesini təqdim edir:
Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb.
O, 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
Bakı Dövlət Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.
2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvü olub.
Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə 22 dekabr 2022-ci ildə təyin olunmuşdu.