Modern.az

Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTOLAR

Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTOLAR

Ölkə

15 Noyabr 2025, 21:11

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman Lefkoşada səfərdə olan Azərbaycan-ŞKTR parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyevin rəhbərliyindəki nümayəndə heyətini qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə ŞKTR Prezidentinin rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, T. Erhürman nümayəndə heyəti ilə görüşməkdən duyduğu məmnuniyyəti ifadə edib. Cavanşir Feyziyev isə ŞKTR Prezidentini Respublika Günü münasibətilə təbrik edib.

 

Daha sonra T. Erhürman və nümayəndə heyəti qarşılqlı olaraq bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!