Modern.az

Azərbaycan internet əhatə dairəsi ilə regionda liderdir - Prezident

Azərbaycan internet əhatə dairəsi ilə regionda liderdir - Prezident

Ölkə

17 Noyabr 2025, 10:54

Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, “SİMA” adlı biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi tərəfindən qəbul edilib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. “Təsadüfi deyil ki, Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olmuşdur. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya od içində: Kiyev cəhənnəm əzabı yaşatdı - ARDICIL ZƏRBƏLƏR