Modern.az

İlham Əliyev çox yaxşı işlər görür - Erməni deputatlardan ETİRAF

İlham Əliyev çox yaxşı işlər görür - Erməni deputatlardan ETİRAF

Ölkə

19 Noyabr 2025, 10:12

Ötən gün Azərbaycan və Ermənistan deputatları İstanbulda bir araya gəliblər.

Görüşdə Azərbaycanı ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvlər Azay Quliyev, Pərvin Kərimzadə, Gülşən Paşayeva təmsil edib. Ermənistan nümayəndə heyətinə isə “Mülki müqavilə” fraksiyasının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan rəhbərlik edib.

Danışıqlarda Vaşinqton sammitinin müsbət rolu qeyd edilib, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, görüş Türkiyədə keçirilən ATƏT Parlament Assambleyasının sessiyası çərçivəsində baş tutub. 

Türkiyənin təşkilatdakı nümayəndəsi, hakim partiyanın deputatı Selami Altınok Modern.az-a açıqlamasında deyib ki, o da Azərbaycandan gedən deputatlarla görüşüb.

“Azərbaycanlı qardaşlarımızla 2-3 gündür, bərabərdik. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, eləcə də müşahidəçi üzvlər - Macarıstan və Türkmənistandan olan deputatlarla bir araya gəldik, nahar etdik. Erməni deputatlarla ayaqüstü salamlaşdım".

Selami Altınok ATƏT toplantısında erməni deputatların Azərbaycan Prezidenti İlham Əliyev barədə tərif dolu çıxış etdiyini deyib:

“Ümumi görüşdə Ermənistandan olan millət vəkilləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin gördüyü işlərdən təriflə bəhs etdilər.  Ermənistandan olan bir qadın deputat avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə yaxşı nəticələr əldə edilməsindən, eləcə də daha sonra cənab İlham Əliyevin çox gözəl çıxışlar etməsi və çox gözəl işlər görməsindən danışaraq Azərbaycanı tərifləyən çıxış etdi".

Türkiyə deputatı Ankaranın Cənubi Qafqazda sülh üçün çalışdığını bir daha vurğulayıb.

1478812

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu