Modern.az

Türkiyə və Azərbaycanla münasibətlər Ermənistana çox vacibdir - Mirzoyan

Türkiyə və Azərbaycanla münasibətlər Ermənistana çox vacibdir - Mirzoyan

Ölkə

20 Noyabr 2025, 10:44

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanın münasibətlərin normallaşdırılmasına dair açıqlamasını şərh edib.

Hakan Fidan Türkiyə ilə münasibətlərin normallaşdırılmasının Ermənistan üçün vacib olduğunu və Türkiyənin bunu indi etsə, İrəvanı Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əsas səbəbdən məhrum edəcəyini bildirib.
Hakan Fidan həmçinin qeyd edib ki, Vaşinqtonda keçirilən 8 avqust tarixli görüşdə Naxçıvanla Azərbaycan arasında əlaqə yaratmaq konsepsiyası qəbul edilib.

Modern.az-ın məlumatına görə, türkiyəli həmkarının açıqlamasını şərh edən Ararat Mirzoyan Armenpress-ə deyib ki, Ankara ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması həqiqətən də Ermənistan üçün vacibdir:

“Azərbaycanla bərqərar olan sülhün daha da institusionallaşdırılması da eyni dərəcədə vacibdir. Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir. Bu iki komponentin heç biri digəri ilə şərtlənmir və əgər onlar arasında səbəb-nəticə əlaqəsini müəyyən etməyə çalışsaq, görünür ki, Türkiyə ilə münasibətlərin tam normallaşdırılması Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesinə mənfi deyil, müsbət təsir göstərəcək.

Nəqliyyat infrastrukturunun açılmasına gəldikdə isə, bu prosesin əsas prinsipləri 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq. Bu çərçivədə müəyyən edilmiş “Tramp marşrutu” Azərbaycanı Naxçıvanla, eləcə də Ermənistanı digər ölkələrlə və daha geniş coğrafi miqyasda Ermənistan və Azərbaycan vasitəsilə bölgələrlə birləşdirəcək. Ermənistan bunu mümkün qədər tez həyata keçirmək üçün fəal səylər göstərir"
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə